Azərbaycan və Meksika arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan və Meksika arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakı, 11 iyul, AZƏRTAC

Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olub.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovla keçirilən görüşdə Azərbaycan və Meksika arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Sonra akademik Rafael Hüseynov qonaqlara ispan və ingilis dillərində çapdan çıxmış, müəllifi olduğu “Məhsəti Gəncəvi. Portret-oçerk” və “Şirvan şairləri” kitablarını, eləcə də muzeyin bukletini hədiyyə edib.

Muzeydə Azərbaycan ədəbiyyatının və mədəniyyətinin təqdimatı ziyarətçilərdə böyük maraq doğurub.

Sonda Meksika səfiri muzeyin “Rəy kitab”ına ürək sözlərini yazıb.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top