Azərbaycan və İranda taktiki təlimlər keçiriləcək
Bakı, 11 iyun, AZƏRTAC
Bu ilin hazırlıq planına uyğun olaraq, iyunun 12-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasında dislokasiya olunan bölmələri ilə taktiki təlim keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şəxsi heyət, döyüş texnikası, aviasiya vasitələri və pilotsuz uçuş aparatlarının cəlb olunduğu təlimdə əsas diqqət komandirlərin qərar qəbuletmə bacarıqlarının və onların peşəkarlıq səviyyəsinin daha da artırılmasına, eləcə də bölmələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib.
Azərbaycanla İran arasında əldə olunmuş razılaşma əsasında İran İslam Respublikasının Ordusunun müvafiq qüvvə və vasitələrinin cəlb edilməsi ilə eyni vaxtda qonşu dövlətin ərazisində də taktiki təlim keçiriləcək.
Hər iki ölkədə keçiriləcək təlimlərdə strateji obyektlərin və kommunikasiya xətlərinin mümkün təxribat-diversiya fəaliyyətlərindən mühafizəsi üzrə müxtəlif tapşırıqlar koordinasiyalı şəkildə yerinə yetiriləcək.
BƏNZƏR MƏQALƏLƏR
-
İqlimşünas: Rusiya ərazisi qlobal istiləşməyə iki dəfə daha çox məruz qalır
Bakı, 18 iyul, AZƏRTAC Rusiyanın aparıcı iqlimşünas aliminin fikrincə, iqlim dəyişikliyi Rusiyaya əhəmiyyətli dərəcədə təsir […]
-
Çində leysan səbəbindən 200-dən çox qatar səfəri ləğv edilib
Pekin, 18 iyul, AZƏRTAC Çinin Hınan əyalətində şiddətli yağışların yaratdığı sel, daşqın, torpaq sürüşməsi və […]
-
Çində ticarət mərkəzində baş verən yanğında 16 nəfər ölüb
Pekin, 18 iyul, AZƏRTAC Çinin Siçuan əyalətinin Ciqon şəhərində ticarət mərkəzinin yerləşdiyi binada baş verən […]