MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

emekdasliq

Azərbaycan və İndoneziya iqtisadi əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə edir

“İpək yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin nümayəndələrindən ibarət qrup, İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani və diplomatik missiyanın bir sıra əməkdaşı İndoneziyada işgüzar səfərdədir.

Bu barədə Trend-ə İndoneziyanın Bakıdakı səfirliyindən deyiblər.

Azərbaycan nümayəndə heyəti “Trade Expo Indonesia 2016” sərgisində iştirak etmək üçün Cakartaya yola düşüb.

Azərbaycanlı sahibkarlar müxtəlif istiqamətlər üzrə tərəflər arasında biznes əməkdaşlığının qurulması üçün ölkənin müxtəlif şəhərlərində görüşlər də keçirirlər. Səfər zamanı tərəflər, həmçinin İndoneziyadan turistlər üçün vizaların ləğv edilməsi imkanlarını, Bakı – Cakarta birbaşa reysinin tətbiq edilməsini müzakirə ediblər.

Trend.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top