Azərbaycan ÜDM-i artıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan ÜDM-i artıb

2018-ci ilin birinci yarısında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 1,3 faiz artaraq 37009,1 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,0 faiz, neft sektorunda isə 0,1 faiz artıb.

Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində əlavə dəyər 7,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,4 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 7,1 faiz, informasiya və rabitə sahələrində 4,9 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,4 faiz, sənayedə 1,2 faiz, digər xidmət sahələrində 0,6 faiz artıb, tikintidə isə 10,5 faiz azalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 3777,6 manata bərabər olub

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top