
Azərbaycan Turizm və Menecment Universitetində “Beynəlxalq italyan dili” həftəsi
“Beynəlxalq Birləşmiş Mədəniyyətlər” təşkilatının dəstəyi ilə Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Beynəlxalq italyan dili” həftəsi çərçivəsində dəyirmi masa keçirilib. Universitetdən “Economic”ə verilən məlumata görə, ATMU-nun rektoru İlham Mədətov tədbirin təşkilatçılarını ali təhsil müəssisəsində salamlamaqdan məmnun olduğunu deyib. Azərbaycan – İtaliya arasında ikitərəfli münasibətlərin, o cümlədən mədəniyyət və turizm sahəsində əlaqələrin dinamik inkişaf etdiyinİ qonaqların diqqətinə çatdırıb. Dəyirmi masada İtaliyada turizm, İtaliya azərbaycanlı tursitlərin gözü ilə, İtaliyanın məşhur turizm obyektləri haqqında məlumat verilib. Qonaqlar isə ölkəmizin turizm potensialı ilə tanış olublar.
”Beynəlxalq italyan dili” həftəsinə həsr olunan tədbirdə Azərbaycanlı turist bloggerlər, İtaliya Respublikasının ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusunun əməkdaşları, ingilis dilində turizm təhsili alan universitet tələbələri iştirak ediblər.
BƏNZƏR MƏQALƏLƏR
Bazar günü üçün hava proqnozu
Aprelin 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sabah […]
“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir
Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu”nun dövlətimizin başçısının tapşırıq və sərəncamına əsasən, […]
M1 magistralının 16-30-cu km-lik hissəsində təmir-bərpa işlərinin 1-ci hissəsi bitib
ECONOMİC: Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına […]