
Azərbaycan Turizm Bürosu “Wego” platformasında yeni onlayn kampaniyaya start verib
Azərbaycan Turizm Bürosu “Wego” platformasında yeni onlayn kampaniyaya start verib
Azərbaycan Turizm Bürosu tərəfindən ölkənin turizm imkanlarının geniş auditoriyaya çatdırılması məqsədilə səyahət üzrə metaaxtarış mühərriki olan “Wego” platformasında onlayn kampaniyaya start verilib.
Kampaniya çərçivəsində “Wego” şirkətinin feysbuk və instaqram hesabında reklam bannerləri, veb-saytında isə paytaxt Bakıda istirahət, şəhərin qədim və müasir elementlərinin vəhdəti, palçıq vulkanları, eləcə də Şirvan və Qızılağac Milli Parklarında quş müşahidəçiliyi, Naxçıvanda Duzdağ Fizioterapiya Mərkəzi və ölkəyə səyahətin asanlığı kimi məlumatları çatdıran geniş məqalə yerləşdirilib.
Avqustun 15-dək davam edəcək kampaniya çərçivəsində sosial media hesablarında yerləşdirilən reklamlar istifadəçiləri müvafiq səhifələrə yönəldərək həm ölkənin turizm potensialı haqqında məlumatlılığı artırmağa, həm də səyahətin asan şəkildə planlaşdırılmasına xidmət edəcək.
Qeyd edək ki, “Wego” şirkətinin əsası 2005-ci ildə Sinqapurda qoyulub. Səyahət üzrə metaaxtarış mühərriki rolunu oynayan şirkət Asiya-Sakit okean regionu, Yaxın Şərq və Hindistan üzrə fəaliyyət göstərərək istifadəçiləri mövcud uçuş və hotel qiymətlərini müqayisə edə biləcəkləri platforma ilə təmin edir.
BƏNZƏR MƏQALƏLƏR
Azərbaycanla Bolqarıstan arasında şərabçılıq turizmi üzrə əməkdaşlıq sənədi imzalanıb
Mayın 12-də Azərbaycan Turizm Bürosu ilə Bolqarıstan Şərab Peşəkarları Assosiasiyası arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə […]
Azərbaycanın turizm imkanları Birləşmiş Ərəb Əmirliklərində təqdim olunur
Mayın 9-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində start götürən “ATM Dubai 2022” (Arabian Travel Market […]
Dünya Turizm Təşkilatının Baş katibi Azərbaycana səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvilini qəbul […]