Azərbaycan Turizm Bürosu beynəlxalq marketinq müsabiqəsində qalib olub
ECONOMİC: Azərbaycan Turizm Bürosu “Avrasiya Turizm Sənayesi Mütəxəssisləri Birliyi” tərəfindən keçirilən “PROBrend” turizm üzrə 3-cü beynəlxalq marketinq müsabiqəsində qalib seçilib.
Naftalan şəhərinin brendinqi və azerbaijan.travel vebsaytı ilə müsabiqəyə qatılan Azərbaycan Turizm Bürosu “İlin kəşfi” adlı nominasiya üzrə mükafata layiq görülüb. Onlayn formatda keçirilən mükafatlandırma mərasimində qaliblərə xüsusi diplomlar təqdim olunub.
Qeyd edək ki, müsabiqəyə 4 ölkədən 10 nominasiya üzrə 318 müraciət qəbul olunub.
2018-ci ildə yaradılmış “Avrasiya Turizm Sənayesi Mütəxəssisləri Birliyi” üzvlər arasında təcrübə mübadiləsi üçün kommunikasiya platforması kimi Avrasiya məkanında beynəlxalq turizmin inkişafında maraqlı tərəflərin qarşılıqlı əməkdaşlığının təmin olunması istiqamətində fəaliyyət göstərir.
BƏNZƏR MƏQALƏLƏR
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]
-
AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Frankfurt-Maynda keçirilən nüfuzlu “Passenger Terminal Expo 2024” konfransında […]
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti (“Rosobrnadzor”) […]