Azərbaycan televiziyası və radiosu gününə həsr edilmiş tədbir keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İqtisadiyyat Nazirliyində bir sıra televizya işçiləri və Nazirliyin nümayəndələrinin iştirakı ilə 6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Gününə həsr edilmiş tədbir keçirilib.
Bu barədə Nazirlikdən məlumat verilib.
Tədbirdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qeyd edib ki, müasir dövrdə Azərbaycanda sosial-iqtisadi inkişaf müxtəlif sahələrə, o cümlədən medianın inkişafına münbit zəmin yaradıb.
Mediaya müxtəlif dövlət dəstəyi tədbirlərinin, qanunvericiliyin təkmilləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, televiziya və radio xalqımızın mədəniyyətini, ictimai-siyasi həyatını, qazandığı nailiyyətləri yerli və beynəlxalq auditoriyaya təqdim edir, dünyanın mədəniyyət elm, təhsil nümunələrini Azərbaycan izləyicisinə çatdırır. O cümlədən, iqtisadiyyatın müxtəlif sahələrinin, həmçinin özəl sektorun inkişafında, cəmiyyətin, sahibkarların bu yöndə maarifləndirilməsində televiziya və radio işçilərinin mühüm töhfələri, böyük zəhməti var.
Elnur Əliyev İqtisadiyyat Nazirliyi adından bu sahədə əməyi olan bütün teleradio işçilərinə təşəkkürünü ifadə edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Televiziya əməkdaşları dövlət tərəfindən medianın inkişafına göstərilən dəstəyin jurnalistlər və ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini, ölkəmizin sosial-iqtisadi inkişafı naminə bundan sonra da səylə çalışacaqlarını bildiriblər.
Tədbirdə iqtisadiyyatla bağlı keyfiyyətli süjet, xəbər və verilişlərin ərsəyə gəlməsində yaradıcılıqları və təşəbbüsləri ilə fərqlənən bir sıra televiziya işçiləri Nazirliyin Fəxri Fərmanı ilə təltif olunub, onlara xatirə hədiyyəsi təqdim edilib.
BƏNZƏR MƏQALƏLƏR
-
Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır – SƏBƏB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Keçmiş məcburi köçkünlər üçün tikilmiş evlər satışa çıxarılsa […]
-
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? – SORĞU + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər bir insan gündəlik tələbatını ödəmək üçün müəyyən […]
-
Ermənistan Rusiyanı yenə qəzəbləndirdi – Xəbərlərin 20:00 buraxılışı
if (screen.width > 576) { (() => { var zoneInfo = { slot: ‘/22785635315/22890818619’, size: […]