MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Musa Qasımlı

“Azərbaycan təhlükəsiz yaşamaq üçün ən etibarlı ölkədir”

Bu gün dünyanın, demək olar ki, rahat gediləsi ölkəsi çox az qalıb. İstər yaxın, istərsə də uzaq ölkələrdə insanların axşam sağ-salamat evə dönəcəyinə inamı yoxdur.

Economic.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, Azərbaycanda isə tamamilə fərqli bir şərait var: “Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan təhlükəsiz yaşamaq üçün ən etibarlı ölkəyə çevrilib. Bunu etibarlı edən eyni zamanda xalqımızın daim hakmiyyətin yanında olması, yüksək mədəni-siyasi inkişafı ilə bağlıdır”.

M.Qasımlı deyib ki, Azərbaycan vətəndaşları daim dövlətin güclü olmasına və ictimai sabitliyin qorunmasına çalışmalıdır:

“Sabitlik və dövlətimizin güclü olması, ilk növbədə, Azərbaycan vətəndaşlarının xeyrinədir. Çünki sabitliyin olmadığı və təhlükəsizliyin təmin edilmədiyi bir yerdə inkişaf, tərəqqi və xeyir-bərəkət də olmaz”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top