MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

tv

Azərbaycan tam olaraq rəqəmsal TV-yə keçməyə başlayır

Azərbaycanda ilkin olaraq rəqəmsal televiziyaya tam keçidin həyata keçiriləcəyi yaşayış məntəqələrinin siyahısı hazırlanıb. economic.az Trend-ə istinadən xəbər verir ki, ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Mənbə bildirib ki, ilkin olaraq analoq yayım ötürücülərinin dayandırılması üzrə işlər artıq ikinci rübdən başlayacaq: “Rəqəmsal TV-yə keçid mərhələli olacaq. Analoq yayım öncə rəqəmsal TV siqnalının davamlılığını təmin etmək üçün ehtiyat ötürücülərin olduğu yaşayış məntəqələrində dayandırılacaq. İlk növbədə, rəqəmsal televiziyaya tam keçid Bakıda həyata keçiriləcək”.

Qeyd edək ki, hazırda respublika yaşayış məntəqələrinin rəqəmsal televiziya siqnalı ilə əhatə olunması 99 faizə çatır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top