Azərbaycan Sığortaçılar Assosiasiyası sığorta bazarının “Yol xəritəsi”ni hazırlayır - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan Sığortaçılar Assosiasiyası sığorta bazarının “Yol xəritəsi”ni hazırlayır

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (ASA) təşkilatçılığı ilə sığorta bazarının inkişaf istiqamətlərinin müəyyən olunması məqsədilə “Yol xəritəsi”nin hazırlanmasına dair işlərə başlanılıb. Qurumda bununla bağlı işçi qrupu yaradılıb ki, burada birliyin nümayəndələri ilə yanaşı, sığorta şirkətlərinin müxtəlif departamentlərinin rəhbər şəxsləri və mütəxəssislər, İcbari Sığorta Bürosunun nümayəndəsi, sığorta vasitəçiləri və sahə üzrə ekspertləri iştirak edirlər.

“Yol xəritəsi”nin birliyin üç illik fəaliyyət planını və görüləcək işləri özündə ehtiva etməsi nəzərdə tutulub. “Yol xəritəsi”ndə sığorta sektorunda mövcud problemlərin aşkarlanması, onların həlli yollarının müəyyən edilməsi və buna dair təkliflərin verilməsi, sığorta sahəsi üzrə qanunverici bazanın təkmilləşdirilməsi, sığorta bazarının hərtərəfli analizi, bazara dair analitik mövqeyin formalaşdırılması və statistikanın hazırlanması məsələləri əksini tapıb.

Hazırda işçi qrupu daxilində avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin və daşınmaz əmlakın icbari sığortası ilə bağlı bir sıra işlər görülüb və bu istiqamətdə fəaliyyət davam etdirilir.

“Yol xəritəsi”nin bir ay ərzində tamamlanması üçün birlikdə işçi qrupunun intensiv görüşləri və bununla bağlı müzakirələri təşkil olunur.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top