Vergilər Nazirliyi vakant vəzifələrə işə qəbul üzrə müsabiqə ELAN EDİR – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Vergilər Nazirliyi vakant vəzifələrə işə qəbul üzrə müsabiqə ELAN EDİR

Azərbaycan Respublikası vergilər nazirinin
27 dekabr 2016-cı il tarixli
1617040102042300 nömrəli əmrinə
2 nömrəli əlavə

 

Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın  tələblərinə müvafiq olaraq aparılır.

Müsabiqədə, bir qayda olaraq, hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə ixtisas istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsilə malik (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır), yaşı 35-i keçməmiş (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir) vətəndaşlar qəbul edilirlər.

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 9-cu maddəsinə əsasən vətəndaş aşağıdakı hallarda vergi orqanlarında xidmətə qəbul oluna bilməz:

– məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

– üzərindən məhkumluğu götürülmədikdə və ya ödənilmədikdə.

Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.

Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsi ilə 05.01.2017-ci il tarixdən  18.01.2017-ci il saat 24:00-dək həyata keçirilir. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.azwww.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə iş nömrəsi verilir. Namizəd sənədləri qəbul edildikdən beş gün ərzində verilmiş iş nömrəsi əsasında ərizəsinin qəbul edilib-edilmədiyi barədə məlumat ala bilər.

Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Sənədləri qəbul edilən namizədlər 25.01.2017-ci il tarixdən 27.01.2017-ci il tarixdə saat 18:00-dək  imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi, 16) götürməlidirlər. Müsabiqənin test imtahanı 28.01.2017-ci il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcəkdir.

Müsabiqənin test imtahanı mərhələsinin suallarını (məntiq və informatika sahələri üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdiriləcəkdir.

Diqqət! Son 1 il ərzində ingilis dilini bilmə səviyyəsi TOEFL (IBT) 100 və 100-dən yuxarı və ya IELTS üzrə 7 və 7-dən yuxarı olan vətəndaşlara üstünlük verilir. Vətəndaş ingilis dili səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və ingilis dili səviyyəsini) elektron ərizə formasının “Əlavə qeydlər” hissəsində göstərməlidir.

Müsabiqədə uğur qazanan vətəndaşlara ərazi vergi orqanlarında və ya rayon vergilər şöbələrində olan vakant vəzifələr üzrə iş təklif ediləcəkdir. Göstərilən təklifdən imtina edən şəxslər Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaqdır.

 

Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqənin test imtahanı mərhələsinin suallarını (məntiq və informatika sahələri üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı

 

1. Azərbaycan Respublikasının Konstitusiyası
2. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu
3. Vətəndaş müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu
4. Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu
5. Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu
6. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu
7. Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikasının Qanunu,
8. Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
9. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu
10. Dövlət qulluğu haqqında Azərbaycan Respublİkasının Qanunu
11. Banklar haqqında Azərbaycan Respublikasının Qanunu
12. Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu
13. İcra haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Vergi Məcəlləsi
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
20. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
21. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi
22. Vergilər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
23. Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimatın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
24. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
25. Səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən inventarizasiyanın aparılması Qaydalarının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarı
26. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarı
27. İqtisadi nəzəriyyə, Maliyyə, Büdcə Sistemi (dərs vəsaitləri)
28. Mühasibat uçotunun əsasları GTG London 2010
29. Maliyyə hesabatlarının beynəlxalq standartları
30. Milli mühasibat uçotu standartları
31. Mühasibat uçotunun beynəlxalq standartları
32. Müəssisələrin mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair Təlimat
33. Mühasibat uçotu (Qanunlar, Qaydalar, Təlimatlar)

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top