MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Hesablama Palatasi

“Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı ildə fəaliyyəti haqqında hesabat” müzakirə olunub

Hesablama Palatası kollegiyasının növbəti iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı ildə fəaliyyəti haqqında hesabat” müzakirə olunub.

Hesabatda 2016-cı ildə Hesablama Palatasının funksional fəaliyyəti, həyata keçirilmiş auditlər və təhlil işləri, aparılmış nəzarət tədbirlərinin nəticələri əsasında müəyyən edilmiş nöqsanların təsnifləşdirilməsi ilə bağlı görülmüş tədbirlər və ilkin nəticələr, həmçinin beynəlxalq və inzibati fəaliyyəti barədə ətraflı məlumat verilib.

Hesabat geniş müzakirə olunub və “Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı ildə fəaliyyəti haqqında Hesabat”ının təsdiq edilməsi və Milli Məclisdə müzakirə üçün təqdim olunması qərara alınıb.

İclasda 2017-ci iş planında nəzərdə tutulmuş bir neçə audit üzrə nəzarət tədbirinin proqramı təsdiq edilib, cari məsələlər müzakirə olunub və müvafiq tapşırıqlar verilib.

Kollegiyada, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.

AzərTac.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top