MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

tender

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi AÇIQ TENDER ELAN EDİR

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq ofis mebellərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Açıq tenderdə iddiaçı qismində mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https//www.eten­der.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını (ASAN ödəniş vasitəsilə) aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplu­sunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər:

AZN hesabı

Bankın adı – “Paşa Bank” ASC

Bankın kodu – 505141

VÖEN – 1700767721

M/h – AZ­82NABZ01350100000000071944

SWIFT – PAHAAZ22

Alan – Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Qoruqları

İdarəetmə Mərkəzi Publik Hüquqi Şəxs

VÖEN – 1702661461

H/h – AZ50PAHA­40060AZNHC0100167917

İştirak haqqı 250 manatdır.

İştirak haqqı heç bir halda geri qayta­rılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağı­dakı sənədləri təqdim etməlidirlər:

– tenderdə iştirak haqqının ödənilməsi barədə sənəd (ASAN ödəniş);

– tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

– tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

– vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

– yüklülük barədə vergi orqanından arayış;

– məhkumluq barədə arayış;

– iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında dövlət orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı;

– iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qaydada təsdiqlənmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;

– tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

– iddiaçının son 3 (üç) il ərzində oxєar iєlər üzrə iє təcrübəsini təsdiq edən sənədlər;

– mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olması barədə məlumat;

– digər sənədlər (tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). Mətnlər arasında fərq aşkar olunarsa, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir. İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

Tenderlə əlaqədar istənilən məlumatı almaq üçün aşağıdakı şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs- Nigar Həsənova.

Ünvan- Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 4-cü mərtəbə.

Telefonlar- +994125058704 (əlavə 1323), 051 2297588;

Faks: +994124920592.

E-mail: nigar.hasanova@tourism.gov.az

İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 9 avqust 2021-ci il saat 12.00-a, tender təklifini və təklifin bank təminatını isə 18 avqust 2021-ci il saat 18.00-dək portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların tender təkliflərinin açılışı 19 avqust 2021-ci il saat 12.00-da dövlət satı­nalmalarının vahid internet portalında virtu­al iclas formatında aparılacaqdır. Elektron satınalmanın hər bir iştirakçısı onların təkliflərinin açılışını və qiymətləndirilməsini elektron portal vasitəsilə izləyə bilər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün pro­sedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top