
Azərbaycan Qran-prisi “Formula-2” yarışı ilə start götürüb
Azərbaycan Qran-prisinə start verilib.
Paytaxtımızda beşinci dəfə keçirilən nüfuzlu yarış “Formula-2” pilotlarının mübarizəsi ilə başlayıb.
“Əvəzedicilər”də hər birində iki sürücü olmaqla, 11 komandanın pilotları sərbəst yürüşə qatılıblar. Onlar mövsümdə ikinci mərhələnin startında 45 dəqiqə mübarizə aparacaqlar.
Bu yürüşlərə Robert Şvartzman, Oskar Pyastri (“Prema”), Quanyu Jou, Felipe Druqoviç (“Uni-Virtuosi”), Dan Tiktum, Yehan Daruvala (“Karlin”), Liam Louson, Jüri Vips (“Hiteç Grand Prix”), Kristian Lundqard, Teo Purşer (“Art Grand Prix”), Riçard Verşur, Lirim Zendeli (“MP Motorsport”), David Bekmenn, Gilyerme Samaya (“Çaruz”), Roy Nissani, Markus Armstronq (“Dams”), Matteo Nannini, Ralf Boşunq (“Kampos”), Cek Aytken, Alessio Deledda (HWA), Bent Viskal və Marino Sato (“Trident”) qatılıblar.
İlk iki mərhələdən sonra Quanyu Jou 68 xalla birincidir. İkinci pillədə Oskar Pyastri (52), üçüncü yerdə Teo Purşer (47) qərarlaşıb.
Qeyd edək ki, “Formula-2” pilotları günün ikinci yarısında sıralama yarışında mübarizə aparacaqlar. Bu gün “Formula-1” üzrə iki sərbəst yürüş də təşkil olunacaq.
BƏNZƏR MƏQALƏLƏR
-
Məşədi İbad demişkən: 160 manat pul, 2-3 gün “stüardessalıq” və 1 ədəd arayış – Muxtar Respublikada tələbə güzəşti
Naxçıvanda tələbələrdən 10 manatlıq güzəşt üçün 2-3 gün havada “stüardessalıq” tələb olunur – Məntiqinizə […]
-
Ermənilər Laçını talan edir
Laçında məskunlaşmış ermənilərin əşyalarını elə öz soydaşları yağmalayır. Məlumata görə, Laçının təhvil verilməsini eşidən ermənilər […]
-
Mirziyoyev Qaraqalpaqıstanda fövqəladə vəziyyət elan edib
Eyni zamanda o, regionun statusunun dəyişməsindən imtina etməyə hazırdır. Bölgədə fövqəladə vəziyyət avqustun 2-dək […]