
Azərbaycan qəhrəmanlarına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən “Azərbaycan 2020” adlı poçt markaları dövriyyəyə buraxılıb.
Markalar 2020-ci ilin iki ən əhəmiyyətli hadisəsi – koronavirus pandemiyası və Vətən müharibəsinin əsas qəhrəmanlarına həsr olunub.
Birinci markada əsgər və həkimdən, ikinci markada isə dezinfeksiyaçı və minaaxtarandan ibarət fotokollajlar yerləşdirilib. Məqsəd həm pandemiya dövründə virusla mübarizədə, həm də 44 günlük Vətən müharibəsində şücaət göstərən həmvətənlərimizin adlarının markalar vasitəsilə tarixə yazılması, həmçinin onların bu hadisələrdə göstərdikləri fədakarlığın yerli və əcnəbi filatelistlər arasında təbliğ edilməsidir.
Buraxılışda fotoqraflar Roman İsmayılov, Əziz Kərimov və Tofiq Babayevin fotolarından istifadə olunub. Dizaynı “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanmış markalar Belarus Respublikasında hər vərəqdə 8 ədəd, 2 növ marka olmaqla hər növdən 50 min tirajla çap olunub.
Bununla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.
BƏNZƏR MƏQALƏLƏR
Bu bölgələrdə internetin qiyməti aşağı olacaq
2024-cü ilin sonunadək bütün Azərbaycan ərazisini internetlə təmin etmək planlaşdırılır. Alıcılıq qabiliyyətinin aşağı olduğu bölgələrdə […]
“Az” domeni ilə bağlı qərara dəyişiklik edildi
Nazirlər Kabineri “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın və “Domen […]
“Azərpoçt” bayram günlərində vətəndaşlara xidmət göstərəcək
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC 9 May – Qələbə Günü […]