Azərbaycan Qazaxıstana mineral sular və Naftalan mazı ixrac edəcək - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan Qazaxıstana mineral sular və Naftalan mazı ixrac edəcək

Azərbaycan Qazaxıstana limonad, mineral sular və Naftalan mazı tədarük etmək niyyətindədir. Hazırda bununla bağlı Azərbaycan şirkətləri qazaxıstanlı həmkarları ilə danışıqlar aparır.

“Hazırda Azərbaycanın maşınqayırma, kənd təsərrüfatı, şirə istehsalı, mineral sular, spirtli içkilər, tikinti materiallarının istehsalı ilə məşğul olan 19 şirkəti təmsil edən sahibkarlar Qazaxıstanda səfərdədirlər”, – deyə məlumatda qeyd edilib.

İkitərəfli görüşlər çərşivəsində azərbaycanlı iş adamları Qazaxıstan şirkətlərinin nümayəndələri ilə görüş keçiriblər. Sabah iş adamlarından ibarət qrup Astanaya səfər edəcək və həmin şəhərdə ixrac məsələləri əsas müzakirə mövzusu olacaq.

“Mineral sular və Naftalan mazı Qazaxıstanda xüsusi marağa səbəb olub”, – deyə məlumatda qeyd olunub.

report.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top