MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

5f095fc91e259_15944493935680560429_1000x669

Azərbaycan nümayəndəsi Ümumdünya Poçt İttifaqının Şurasına sədr müavini seçilib

Ümumdünya Poçt İttifaqının (ÜPİ) Xidmət Keyfiyyəti Fondu (Quality of Service Fund – QSF) Şurasının iclasları COVID-19 pandemiyası səbəbindən baş tutmadığına görə tədbirin gündəliyində duran məsələlərin bir hissəsinə yazışmalar yolu ilə baxılıb, yekunda videokonfrans keçirilib. Videotədbirdə Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Nasir Həmidov təmsil edib.
Nazirlikdən bildirilib ki, tədbir zamanı müxtəlif dünya ölkələri tərəfindən QSF proqramı çərçivəsində hazırlanaraq ÜPİ-yə təqdim edilmiş beynəlxalq poçt xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üzrə yeni layihələr müzakirə olunub.
Eyni zamanda, ölkələrin poçt şəbəkəsində icrası sona çatmış QSF layihələrinə dair yekun hesabatlar, layihələrə düzəlişlər edilməsi barədə müraciətlər, icra olunmuş layihələrin qiymətləndirilməsi üzrə hesabatlar və digər sənədlərin müzakirəsi aparılıb.
Sonda ÜPİ-nin Xidmət Keyfiyyəti Fondu Şurasının yeni dövr üzrə sədri və müavini vəzifələrinə seçkilər keçirilib. Şuranın sədri vəzifəsinə 2 namizəd – ABŞ və Fransa, sədr müavini vəzifəsinə isə bir namizəd – Azərbaycan olub. Seçkilərin nəticələrinə görə ABŞ nümayəndəsi Maykl Corc sədr, Azərbaycan nümayəndəsi Nasir Həmidov sədr müavini seçilib.
Qeyd edək ki, Şuraya dünyanın 5 coğrafi regionundan 11 ölkənin (ABŞ, Azərbaycan, Çin, Hindistan, İsveçrə, Fransa, Çili, Misir, Tunis, Tailand və Rusiya) nümayəndələri daxildir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top