Azərbaycan nümayəndəsi etimadnaməsini GUAM-ın Baş katibinə təqdim edib – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan nümayəndəsi etimadnaməsini GUAM-ın Baş katibinə təqdim edib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın GUAM-dakı nümayəndəsi Seymur Mərdəliyev etimadnaməsini GUAM-ın Baş katibi Altay Əfəndiyevə təqdim edib.

Bunu diplomat “X” hesabında yazıb.

“Azərbaycan GUAM-a sadiqdir və bu qurum çərçivəsində əməkdaşlığa töhfə verməkdə davam edəcək”, – S.Mərdəliyev bildirib.

Qeyd edək ki, S.Mərdəliyev eyni zamanda Azərbaycanın Ukraynadakı səfiridir.

Xatırladaq ki, GUAM – Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat 1997-ci ildə yaradılıb. Hazırda təşkilata Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir. 1999-cu ildən 2005-ci ilədək Özbəkistan da təşkilatın üzvü olub. Təşkilatın adı üzv ölkələrin adlarının ingilis dilindəki baş hərflərindən əmələ gəlib.

 



Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top