MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Jeneva

Azərbaycan nümayəndə heyəti İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində iştirak edir

Cari ilin 2-6 may tarixlərində Cenevrədə (İsveçrə) “WSIS -2016” – İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (World Summit on the Information Society) öz işinə başlayıb.

Tədbirin təşkilatçıları qismində BMT-nin bir sıra təsisatları, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD ), İnkişaf Proqramı (UNDP), Təhsil, Elm və Mədəniyyət Təşkilatı ( UNESCO) çıxış edir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RYTN)  verilən məlumata görə, informasiya-kommunikasiya texnologiyaları sahəsində dünyanın ən böyük illik yığıncağı olan “WSIS -2016”-da Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Sammit çərçivəsində keçirilən yüksək səviyyəli görüşdə – Nazirlər Toplantısında Azərbaycan nümayəndə heyətinin çıxışı, həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

trend.az

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top