Azərbaycan nümayəndə heyəti Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının 109-cu sessiyasında iştirak edir - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan nümayəndə heyəti Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının 109-cu sessiyasında iştirak edir

Bəhreyn Krallığının Manama şəhərində keçirilən Dünya Turizm Təşkilatının (DTT) İcraiyyə Şurasının 109-cu sessiyası işini davam etdirir. Qırxa yaxın ölkədən 100-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığındakı səfiri, eyni zamanda, Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmov və Dövlət Turizm Agentliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cəmilə Talıbzadədən ibarət nümayəndə heyəti təmsil edir.

Economic.az, AZƏRTAC-a istinadən bildirir ki. Azərbaycanın İspaniyadakı səfirliyindən verilən məlumata görə,  Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tədbirdə çıxış edərək üzv ölkələr arasında əməkdaşlığın vacibliyini və bu işbirliyinin Azərbaycanda turizmin inkişafındakı rolunu vurğulayıb.

F.Nağıyev turizm sənayesinin inkişafı üçün ölkəmizdə görülən işlər və həyata keçirilən islahatlar, həmçinin bu islahatların müsbət nəticələri haqqında məlumat verib. Həmçinin cari ilin aprelində dövlətimizin başçısının müvafiq Fərmanı ilə yaradılan Dövlət Turizm Agentliyinin fəaliyyətinin əsas istiqamətləri vurğulanıb.

Bu il oktyabrın 18-də Azərbaycanın yeni turizm imicinin və loqosunun yerli ictimaiyyətə açıqlandığını qeyd edən sədr yeni brendin noyabrda Londonda keçiriləcək Dünya Səyahət Bazarı beynəlxalq turizm sərgisi çərçivəsində beynəlxalq ictimaiyyətə təqdim ediləcəyini bildirib.

Dövlət Turizm Agentliyinin sədri sonda BMT-nin Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının növbəti – 110-cu sessiyasının 2019-cu ildə Bakıda keçiriləcəyini xatırladıb və bu münasibətlə bütün üzv dövlətləri ölkəmizə dəvət edib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top