
Azərbaycan nəqliyyat vasitələri və ehtiyat hissələrinin idxalını artırır
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 1,426 milyon dollar dəyərində nəqliyyat vasitələri və onların ehtiyat hissələrini idxal edib.
Economic.az məlumat verir ki, bu barədə Trend Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) hesabatına istinadən xəbər verir.
Nazirlikdən bildirilir ki, göstərici 324,7 milyon dollar və ya 29,5 faiz 2019-cu ilin eyni dövrünə nisbətən çoxdur.
Hesabat dövründə nəqliyyat vasitələri və onların ehtiyat hissələri idxalı Azərbaycan ümumi idxalının 14,72 faizini təşkil edib.
Qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 47 841 avtomobil idxal edilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,6 faiz çoxdur.
BƏNZƏR MƏQALƏLƏR
Rusiya Azərbaycanın daha 7 müəssisəsindən pomidor idxalına icazə verib
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın daha 7 müəssisəsindən pomidor […]
Qlobal ərzaq qiymətləri son 7 ilin maksimumuna yüksəlib
Economic.az: Qlobal miqyasda ərzaq məhsullarının qiymətləri 2014-cü ildən bəri maksimum səviyyəyə yüksəlib. Birləşmiş Millətlər Təşkilatının […]
Azərbaycanda şərab istehsalının artımı planlaşdırılır
2021-ci ildə Azərbaycanda şərab məhsullarının istehsalının artması gözlənilir. Economic.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Şərab İstehsalçıları […]