MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

53660840_421802278392791_8284219399691304960_n

Azərbaycan Moskvada keçirilən “MITT 2019” beynəlxalq turizm sərgisində iştirak edəcək

Mart ayının 12-dən 14-dək Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək “MITT 2019” – “Moskva Beynəlxalq Turizm Sərgisi”də Azərbaycanın turizm potensialı və yeni turizm məhsulları təqdim olunacaq.

Sərgidə ölkəmizi Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndələri ilə yanaşı, bir sıra turizm şirkətləri və hotellərin nümayəndələri təmsil edəcək. Sərgi çərçivəsində Rusiyanın və müxtəlif ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçiriləcək.

Azərbaycan 2002-ci ildən etibarən qeyd olunan sərgidə iştirak edir.

Qeyd edək ki, 2018-ci ilin dekabrından etibarən Moskvada ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyətdədir. Rusiya Azərbaycan turizm bazarında ən çox paya sahib olmaqla, xarici ziyarətçilərin sayına görə birinci yerdə dayanır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top