Azərbaycan Milli Kitabxanasının təmsil olunduğu CENL-in illik toplantısı başa çatıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan Milli Kitabxanasının təmsil olunduğu CENL-in illik toplantısı başa çatıb

Bakı, 19 iyun, AZƏRTAC

Polşa Milli Kitabxanasının ev sahibliyi etdiyi 38-ci CENL illik iclası işini davam etdirib.

İclasda Polşa Milli Kitabxanasının baş direktoru Tomas Makovski “Milli Kitabxanalar ümummilli şəbəkə koordinatorları kimi” başlıqla təqdimat edib.

Moldova Milli Kitabxanasının baş direktoru Elena Pintilei “Sosial dayanıqlığın yaradılması üçün daha güclü, peşəkar şəbəkə və sülh”, Fransa Milli Kitabxanasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Ofeli Ramonatkso “Robotik mühafizə saytları”, Macarıstanın Seçeni Milli Kitabxanasının baş direktoru David Rozsa “Seçeni Milli Kitabxanasının və Lüksemburq Milli Kitabxanasının veb arxiv infrastrukturunun təkmilləşdirilməsi” mövzusunda çıxış ediblər.

2023 EKN Qrant Sahiblərinin Hesabatı dinlənilib.

Britaniya Milli Kitabxanasının baş direktoru Roli Kitinq “Kiberhücumdan dərslər” mövzusunda təqdimatla çıxış edib.

Daha sonra kitabxanalarda süni intellekt, bərabərlik, müxtəliflik və inklüziv şəbəkə qrupu haqqında danışılıb, iclas müzakirələrlə davam edib.

Sonda Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov çıxış edərək ev sahibliyi edən Polşa Milli Kitabxanasının baş direktoru Tomas Makovskiyə tədbiri yüksək səviyyədə təşkil etdiyi üçün təşəkkür edib. Direktor “Salam Azərbaycan”, “Azərbaycan Milli Kitabxanası”, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” adlı kitabları, həmçinin Azərbaycan xəritəsini Polşa Milli Kitabxanasının fonduna təqdim edib. O, eyni zamanda Tomas Makovskini oktyabr ayında Bakıda keçiriləcək X Bakı Beynəlxalq Kitab Sərgisində ekspozisiya ilə iştiraka dəvət edib.

Konfransa növbəti il Şotlandiya Milli Kitabxanası ev sahibliyi edəcək.

Polşa Milli Kitabxanasının ev sahibliyi etdiyi 38-ci CENL illik iclası yekunlaşıb, sonda xatirə şəkli çəkilib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top