Azərbaycan Mərkəzi Bankı "Prior Credit" BOKT-a lisenziya verib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan Mərkəzi Bankı “Prior Credit” BOKT-a lisenziya verib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Prior Credit” QSC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.

Economic.az bildirir ki, “Report” bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 47-yə çatıb.

Xatırladaq ki, “Prior Credit” bu ilin may ayında yaradılıb. Yeni BOKT “Prior Leasing” ASC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 25E-də qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimal tələbə uyğun – 300 min manat, qanuni təmsilçisi isə Emin Elman oğlu Vəliyevdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top