MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

mektebli

Azərbaycan məktəblisi Birinci Avropa Gənclər Olimpiadasında medal qazanıb

Sentyabrın 7-dən 13-dək Bolqarıstanın paytaxtı Sofiya şəhərində Birinci Avropa Gənclər Olimpiadası keçirilib.

Kompüter proqramlaşdırılması sahəsində keçirilən olimpiadada 15 yaşa qədər Avropa ölkələrinin şagirdləri iştirak ediblər.

Olimpiadada şagirdlər proqramlaşdırma dillərindən birində kompüter alqoritmini həll etmək məsələsi ilə qiymətləndiriliblər. İyirmi iki ölkənin qatıldığı Birinci Avropa Gənclər Olimpiadasında fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Abutalıb Namazov bürünc medal qazanıb.

AzerTag.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top