
Azərbaycan məhsulları Çində nümayiş olunur
ECONOMIC: Çin Xalq Respublikasının Çendu şəhərində “China Food and Drinks Fair and TAOWINE Hotel Show” sərgisi öz işinə başlayıb.
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə sərgidə şərab və digər spirtli içki istehsalı sahəsində fəaliyyət göstərən 10-dan çox Azərbaycan şirkəti öz məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.
Tədbir çərçivəsində Azərbaycan şərablarının dequstasiyası keçirilir, sərgi iştirakçıları Azərbaycan şərablarının dadını və keyfiyyətini yüksək qiymətləndirirlər.
Qeyd edək ki, sərgi aprelin 9-dək davam edəcək.
BƏNZƏR MƏQALƏLƏR
İrimiqyaslı çöl torpaq tədqiqatı işlərinə başlanılacaq
Economic.az: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti aylardan etibarən ölkəmizin regionlarında irimiqyaslı […]
Qiymət intizamına nəzarət gücləndirilir
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində iri istehsalçılar, idxalçılar və market […]
“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin rəhbərliyi Vətən müharibəsində iştirak etmiş əməkdaşlar ilə görüşdü
Economic.az: 10 mart, 2021-ci il tarixində Sumqayıt Texnologiyalar Parkının Müşahidə Şurası və İdarə Heyətinin üzvləri […]