MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Azərbaycan Macarıstan

Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının növbəti iclasının vaxtı açıqlanıb

Bu ilin iyun ayında Bakıda Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək.

Economic.az Apa-ya istinadən  məlumat verir ki, bunu Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev deyib.

O bildirib ki, Macarıstan tərəfindən komissiyanın həmsədri xarici işlər naziri Peter Siyartodur. V. Quliyev bu yaxınlarda kənd təsərrüfatı naziri Heydər Əsədov-un Macarıstana səfər edəcəyini də əlavə edib.

“İki ölkə əczaçılıq, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlığı gücləndirməkdə maraqlıdır və müəyyən biznes layihələri var. Ümid edirəm ki, onlar bu layihələr yaxınlarda reallaşacaq”, – deyə o vurğulayıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top