“Azərbaycan İpoteka Fondu” tender elan edib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Azərbaycan İpoteka Fondu” tender elan edib

“Azərbaycan İpoteka Fondu” ASC-nin “Elektron ipoteka” sisteminin “Elektron hökumət” portalına inteqrasiyası ilə bağlı xidmətlərin alınmasına dair açıq tender keçirilib.

Fondan  verilən məlumata görə, tenderdə iştirak haqqı 150 AZN-dir.

İddiaçılar zəruri sənədləri dekabrın 15-dək, tender zərfləri isə dekabrın 23-dək Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən cəmiyyətin inzibati binasında mühafizə polisinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş tender zərfləri açılmadan geri qaytarılacaq. Zərflər dekabrın 26-da saat 15:00-da cəmiyyətin inzibati binasında açılacaq.

İddiaçılar ən azı bir gün əvvəl səlahiyyətli nümayəndəsinin adını yazılı surətdə Satınalmalar komissiyasına bildirməklə zərflərin açılmasında iştirak etməyə dəvət olunurlar. Bu zaman həmin şəxs səlahiyyətlərini təsdiq edən müvafiq sənəd və ya vəkalətnamə təqdim etməlidir.

Tenderlə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (daxili 133) nömrəli telefona zəng etmək olar.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top