MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

neft

Azərbaycan indiyədək dünya bazarında 237 mln. ton mənfəət nefti satıb

Bu ilin aprelin 1-dək dünya bazarına 443 mln. ton Azərbaycan nefti çıxarılıb ki, bunun 328 mln. tonu Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql edilib. Bunu bu gün Bakıda keçirilən II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya – Neft Emalı, Neft-kimya, Ticarət və Logistika” forumunda çıxışı zamanı SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan indiyədək dünya bazarında 237 mln. ton mənfəət nefti satıb: “Ümumiyyətlə, Azərbaycanda 1 mlrd. 971 mln. neft hasil olunub ki, bunun 971 mln. tonu quruda, 1 mlrd. tonu isə dənizdə hasil edilib. Neft hasilatının 2 mlrd. tona çatdırılması üçün daha 29 mln. ton neft çıxarılmalıdır. Bu göstəriciyə 2017-ci ilin noyabrın 25-də əməl olunacaq”.

apa.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top