
Azərbaycan ilə Türkiyə arasında yerinə yetirilən reyslərin sayı 3 dəfə arta bilər
Azərbaycan ilə Türkiyə arasında yerinə yetirilən reyslərin sayı 3 dəfə arta bilər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən Economic-ə bildirilib ki, Türkiyədə keçirilən Aviasiya üzrə Beynəlxalq Konfransda iki ölkənin nümayəndə heyətləri bu məsələ ilə bağlı təkliflər mübadiləsi apararaq Protokol layihəsini tərtib ediblər. Hazırda hava əlaqəsinin liberallaşdırılması şərtləri hər iki tərəfin aviasiya qurumları tərəfindən öyrənilir.
Son qərarın verilməsi və Protokolun imzalanması Azərbaycan Respublikası ilə Türkiyə Respublikasının mülki aviasiya orqanları arasında milli aviaşirkətlərin iştirakı ilə ikitərəfli məsləhətləşmələrin keçirilməsindən sonra ən yaxın zamanda baş tuta bilər.
BƏNZƏR MƏQALƏLƏR
Su problemlərinin innovativ həllinə istiqamətlənən layihəyə start verildi
ECONOMİC: Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan […]
Dövlət Gömrük Komitəsi “Ticarət Statistika Portalı”nı təqdim edib
“Dövlət Gömrük Komitəsi sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, xarici iqtisadi ticarət fəaliyyəti zamanı şəffaflığın təmin […]
“TURKUAZ” layihəsi çərçivəsində ilk konteyner qatarı yola düşüb
ECONOMİC: “TURKUAZ” layihəsi çərçivəsində ilk ekspress konteyner blok qatarı Türkiyədən yola düşüb. “ADY Konteyner” MMC-dən […]