
Azərbaycan ilə Qazaxıstan arasında qadın sahibkarlığının inkişafına dair müzakirə aparılıb
Martın 9-da Qazaxıstan Respublikasının Prezidenti yanında Qadınlar, Ailə və Demoqrafik Siyasət üzrə Milli Komissiya (bundan sonra Milli Komissiya) Qazaxıstan Respublikasının “Atameken” Milli Sahibkarlar Palatası ilə birlikdə BMT-nin İnkişaf Proqramı və BMT-nin Qadınlar təşkilatı tərəfindən Dubayda (BƏƏ) “Dubai Expo-2021” sərgisinin Qazaxıstan pavilyonunun yerində qadın sahibkarlığının inkişafı, əməkdaşlıq və qadın liderliyi mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə ölkəmizi Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Təlim və Konsaltinq Komissiyasının rəhbəri Rəna Qəfərova, fəal üzvü Aynur Musayeva təmsil edib.
“Qazaxıstanda qadın sahibkarlığı: investisiya imkanları və uğur hekayələri” panel sessiyasında çıxış edən Milli Komissiyanın üzvü Saule Salixova belə görüşlərin davamlı olaraq keçirilməsinin zəruriliyini vurğulayıb.
Azərbaycan və Özbəkistandan olan həmkarlar tərəfindən maraqlı və mühüm tezislər səsləndirilib.
Bundan əlavə, dəyirmi masa çərçivəsində investisiyaların cəlb edilməsi üzrə biznes təlimi keçirilib.
BƏNZƏR MƏQALƏLƏR
“Sahibkarlar Günü”nə həsr olunmuş Konfrans keçirilib
20 il bundan əvvəl – 2002-ci ilin 25 aprel tarixində Ulu Öndər Heydər Əliyev yerli […]
Sahibkarlara yeni dəstək mexanizmi tətbiq olunacaq
Ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və […]
Fransa Sahibkarlar Təşkilatının nümayəndələri Bakıya səfərə gəlir
Fransa Sahibkarlar Təşkilatının – “MEDEF International”ın Fransa-Azərbaycan Biznes Şurasının üzvlərindən ibarət nümayəndə heyəti Bakıya səfərə […]