
Azərbaycan ikinci dəfə “Imagine” Avropa Tolerantlıq Festivalına qapılarını açır
May ayının 2-də Azərbaycanın paytaxtı Bakıda sayca ikinci “Imagine” festivalına start veriləcək. Sözügedən ayın 17-nə qədər davam edəcək tədbirin məqsədi mədəniyyətlərarası dialoq və tolerantlıq kimi dəyərləri müxtəlif incəsənət nümunələri vasitəsilə təşviq etməkdir.
Bu il festival Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70-ci ildönümünə həsr edilir. Festivalda tolerantlıq və müxtəliflik mövzularına dair 40-dan artıq sənədli film nümayiş olunacaq. Filmlərin nümayişi ilə yanaşı, yerli və beynəlxalq kinematoqrafların iştirakı ilə müxtəlif sosial məsələlər üzrə müzakirələr və debatlar təşkil keçiriləcək.
Festivalın proqramı müxtəlif tədbirlərlə doludur. Buraya musiqi ifaları, ustad dərsləri və teatr sərgiləri, eləcə də film nümayişləri, beynəlxalq səviyyədə tanınan kinorejissorlar və musiqiçilərin iştirakı ilə debatlar və müzakirələr daxildir.
Adı çəkilən festival Aİ-yə üzv ölkələrin və digər ölkələrin səfirlikləri ilə əməkdaşlıq çərçivəsində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən təşkil edilir. Tədbirə Azərbaycan Milli Mədəniyyət və İncəsənət Universiteti, ADA Universiteti, Bakı Musiqi Akademiyası və Azərbaycan Dillər Universiteti daxil olmaqla bir neçə Azərbaycanı təmsil edən tərəfdaşlar tərəfindən dəstək verilir.
Festivalın proqramı haqqında daha ətraflı məlumatı Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin internet səhifəsindən əldə etmək mümkündür.
BƏNZƏR MƏQALƏLƏR
Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun tikintisi yekunlaşıb – VİDEO / FOTO
Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət […]
Bu prospekt də hərəkət qismən məhdudlaşdırılacaq
Economic.az xəbər verir ki, yanvar ayının 9 və 10-da Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə […]
Pirallahı rayonunda ümumi uzunluğu 4 km olan daha 2 küçə təmir edildi
Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə […]