MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

hotel

Azərbaycan Hotel Assosiasiyasının Birinci Baş Assambleyası keçiriləcək

Noyabrın 15-də Azərbaycan Hotel Assosiasiyasının İdarə Heyətinin görüşü keçirilib.

Economic.az AzərTac.az istinadən xəbər verir ki, Dövlət Turizm Agentliyindən verilən məlumata görə, görüşdə dekabrın 4-də keçiriləcək assosiasiyanın Birinci Baş Assambleyası haqqında müzakirələr aparılıb.

Görüşdə “Hotrec – Hospitality Europe” təşkilatının vitse-prezidenti, beynəlxalq ekspert Akos Niklai iştirak edib.

Bildirilib ki, Birinci Baş Assambleyanın məqsədi hotelçilik sənayesi mütəxəssislərini bir araya gətirərək yeni yaradılmış Azərbaycan Hotel Assosiasiyasının strukturu, nizamnaməsi, məqsədləri və gələcək fəaliyyəti haqqında məlumat verməkdir. Assambleyada Azərbaycanda tətbiq olunacaq yeni milli ulduz təsnifat sistemi də təqdim ediləcək.

Baş Assambleya hotelçilik sahəsində mövcud potensialı inkişaf etdirmək, xidmət səviyyəsinin keyfiyyətini artırmaq və mövcud çatışmazlıqları müzakirə etmək üçün platforma rolunu oynayacaq.

Qeyd edək ki, bundan öncə “Hotrec – Hospitality Europe” təşkilatının vitse-prezidenti Akos Niklai Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşərək, Azərbaycan Hotel Assosiasiyasının yaradılması və onun beynəlxalq təşkilata müşahidəçi statuslu üzv olması məsələsini müzakirə edib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top