Azərbaycan Gürcüstandan mal-qara idxalını 2,7 dəfə artırıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan Gürcüstandan mal-qara idxalını 2,7 dəfə artırıb

Bu ilin ilk dörd ayı ərzində Azərbaycan Gürcüstandan 4 mln. 712,8 min dollar dəyərində 2 084,7 ton diri iribuynuzlu mal-qara idxal edib.

Economic APA-nın yerli bürosuna istinadən bildirir ki, Gürcüstanın Milli Statistika İdarəsinin hesabatına, əsasən, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə qonşu ölkədən mal-qaranın idxalı 2,7 dəfə artıb.

İdxal olunmuş mal-qaranın dəyəri ötən ilin analoji göstəricisi ilə müqayisədə 3 mln. 687,2 min dollar və ya 4,5 dəfə çoxdur.

Qeyd edək ki, ötən ilin ilk dörd ayı ərzində Azərbaycan Gürcüstandan 1 mln. 025,6 min dollar dəyərində 770,6 ton diri iribuynuzlu mal-qara idxal edib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top