
Azərbaycan bu il fındıq ixracını 10% artıracaq
“Azərbaycanın fındıq ixracı üçün əsas hədəfi yenə də İtaliya bazarıdır”. Bunu açıqlamasında Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib. “Hazırda bütün fabriklərdə fındıq satışına hazırlıq görülür. Satışın sentyabrda başlaması nəzərdə tutulur. Ötən il ən çox İtaliyaya fındıq ixrac etmişik. Bu il də əsas hədəfimiz İtaliyadır”, – deyə o qeyd edib. Assosiasiya sədrinin sözlərinə görə, 2017-ci ildə Azərbaycanın fındıq ixracının həcmi 20 842 ton təşkil edib. 2018-ci ildə bu rəqəm 10% çox olacaq: “Əməkdaşlıq etdiyim şirkətləri fındıqla təmin edirik. Hazırda digər potensial namizədlərlə danışıqlarımız gedir. Dünya bazarının 70%-ni fındıqla Türkiyə təmin edir. Onlardan sonra biz təklif verə bilirik. Fındıq, adətən, avqustun 15-dən sonra yığılır. Bizim təxminimizə görə bu il məhsul yaxşı olmalıdır. Sadəcə, Gürcüstanda zərəvericilər yayılıb. Onların bizə gəlmək ehtimalı böyükdür. Məsələni diqqətdə saxlayırıq. Bütün həmsərhəd kəndlərdə monitorinqlər keçiririk. Gürcüstan ötən il məhsulunun 60%-ni buna görə itirib”.
report.az
BƏNZƏR MƏQALƏLƏR
Rusiya Azərbaycanın daha 7 müəssisəsindən pomidor idxalına icazə verib
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın daha 7 müəssisəsindən pomidor […]
Qlobal ərzaq qiymətləri son 7 ilin maksimumuna yüksəlib
Economic.az: Qlobal miqyasda ərzaq məhsullarının qiymətləri 2014-cü ildən bəri maksimum səviyyəyə yüksəlib. Birləşmiş Millətlər Təşkilatının […]
Dağlıq ərazilərdə müasir kombaynlarla taxıl biçini aparacaq mexanizatorlara təlimlər keçiriləcək
Economic: 2021-ci il taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirən mexanizatorlar üçün təlimlər davam etdirilir. […]