Azərbaycan Beynəlxalq Bankının korporativ İnternet Bankçılıq xidmətinə Mailbox funksiyası da əlavə olundu - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan Beynəlxalq Bankının korporativ İnternet Bankçılıq xidmətinə Mailbox funksiyası da əlavə olundu

Azərbaycan Beynəlxalq Bankı İnternet Bankçılıq xidmətindən istifadə edən korporativ müştərilərinin işini daha da asanlaşdırıb. Bu Xidmətə indi Mailbox funksiyası da əlavə edilib. Yeni funksiya hüquqi şəxslərə və sahibkar fiziki şəxslərə bankla rəsmi yazışmalar aparmaq imkanı verir. Bir çox əməliyyat sənədlərini indi banka gəlmədən skanlaşdıraraq Mailbox vasitəsilə göndərmək, yaxud bankdan onlayn qaydada almaq olar. Müştəri bu funksiyadan faydalanmaq üçün hesabının olduğu filiala müraciət etməlidir.

İnternet Bankçılıq xidməti hüquqi şəxslərə və sahibkar fiziki şəxslərə aşağıda göstərilən imkanlardan istifadə etməyə şərait yaradır:

-Bank hesabına nəzarət;

-Hesabdan çıxarış;

-Ölkədaxili köçürmələr;

-Bankdaxili köçürmələr;

-Ölkəxarici köçürmələr;

-Kütləvi köçürmələr;

-Əməkhaqqı ödənişləri;

-Vergi ödənişləri;

-ƏDV ödənişləri;

-Konvertasiya əməliyyatları.

Bankın Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib ki, korporativ müştərilərin innovativ imkanlardan faydalana bilməsi üçün bank bu istiqamətdə tədbirləri davam etdirəcək: “Çalışırıq ki, məhsul və xidmətlərimizdən istifadə müştərilərimiz üçün daha əlçatan və rahat olsun”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top