Azərbaycan Beynəlxalq Bankı yeni lotereya kampaniyasına start verdi – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan Beynəlxalq Bankı yeni lotereya kampaniyasına start verdi

Ölkəmizdə nağdsız ödəniş ənənələrinin genişlənməsinə daim dəstək verən Azərbaycan Beynəlxalq Bankı Yeni il ərəfəsində bu məqsədlə növbəti stimullaşdırıcı lotereya kampaniyasına başlayıb.

Bankdan “economic“ə bildirilib ki, “Qış tətilini Bali adasında keçirin” devizi altında təşkil olunan kampaniyada iştirak şərtləri belədir:

-Kampaniya müddətində Azərbaycan Beynəlxalq Bankının plastik kartları ilə istənilən ticarət-xidmət müəssisələrində POS-terminallarla, həmçinin elektron ticarət vasitəsilə ödəniş etmiş müştərilər hər 50 manatlıq ödənişə görə (və ya onun ekvivalenti) 1 UDUŞ ŞANSI QAZANACAQLAR. 50 manatdan daha az olan əməliyyat məbləğləri üst-üstə toplanır.

-Kampaniya müddətində Azərbaycan Beynəlxalq Bankından nağd pul krediti alan müştərilər hər 500 manatlıq kredit məbləğinə görə 1 UDUŞ ŞANSI QAZANACAQLAR.

Məsələn, əgər müştəri bankın plastik kartı ilə kampaniya müddətində 110 manatlıq ödəniş etsə, onun 2 uduş şansı yaranacaq. Yaxud bu müddətdə Bankdan 2000 manat kredit almış müştərinin  4 uduş şansı olacaq. Eyni bir iştirakçı kampaniyada iştirak imkanlarının hər ikisindən istifadə edərək uduş şanslarının sayını istənilən qədər artıra bilər.

Lotereya kampaniyası 10 dekabrdan 10 yanvara qədər davam edəcək.

Uduş fondu 25 yanvar 2019 – cu il tarixində bankın rəsmi Facebook səhifəsində canlı yayımda oynanılacaq. Qaliblər xüsusi proqram təminatı vasitəsilə təsadüfi seçim əsasında müəyyənləşəcəklər. Lotereya 1 tirajdan ibarət olmaqla 9 mərhələ üzrə keçiriləcək. Ümumilikdə, 100 iştirakçı qalib olacaq. Mərhələlər üzrə 60 iştirakçıya 100 manat, 15 iştirakçıya 200 manat, 10 iştirakçıya 300 manat, 5 iştirakçıya 500 manat, 3 iştirakçıya 1000 manat, 2 iştirakçıya “Samsung Galaxy S9+” telefonu, 2 iştirakçıya “Iphone X” telefonu, 2 iştirakçıya “Macbook 12 M3 256” notbuku hədiyyə veriləcək.

BİRİNCİ YERİN QALİBİ isə BALİ ADASINA 2 nəfərlik (5* oteldə 1 həftə) SƏYAHƏT PAKETİ qazanacaq.

Əvvəlki uduşların qalibləri yalnız final mərhələsində iştirak şansına malikdirlər. Digər mərhələlərin hər birində isə eyni iştirakçı yalnız bir dəfə qalib ola bilər. Azərbaycan Beynəlxalq Bankının əməkdaşları lotereyada iştirak etmir. Lotereyanın nəticələri bankın www.ibar.az saytında yerləşdiriləcək və “Xalq qəzeti”ndə dərc olunacaq.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top