Azərbaycan Beynəlxalq Bankı “Visa” kartları ilə ödənişlərin həcminə görə liderdir
“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC 2017-ci ilin ilk rübündə “Visa” ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcminə görə lider olub.
Məlumatda deyilir ki, bu münasibətlə bank “Visa International” şirkətinin xüsusi sertifikatına layiq görülüb. Bank sektoru nümayəndələrinin, “Visa”nın tərəfdaşlarının iştirakı ilə keçirilən görüş-seminarda mükafat ABB-yə təqdim olunub.
Xatırladaq ki, ABB nağdsız ödəniş ənənələrini ilk dəfə Azərbaycana gətirən və bu ənənələrin daim inkişafına dəstək verən banklardandır. Aktiv ödəniş kartlarının sayı hazırda 1,3 mln.-dan çox olan Bankın 760 ATM-i fəaliyyətdədir. Bu, Azərbaycanda ən böyük ATM şəbəkəsidir. Bundan başqa, müxtəlif ticarət və xidmət mərkəzlərində ABB-nin 11 650 POS-terminalı müştərilərin istifadəsindədir.
Elektron xidmət infrastrukturunu inkişaf etdirməklə ABB Azərbaycanda nağdsız ödənişlərin genişlənməsinə töhfə verməyə çalışır. “Visa PayWave” və “Mastercard PayPass” ödəniş texnologiyalarını dəstəkləyən təmassız ödəniş kartlarını ölkəmizdə ilk dəfə olaraq məhz ABB tətbiq etməyə başlayıb.
Eyni zamanda, “Visa International” şirkəti ilə müştərək şəkildə müştərilər üçün “Sıfır məsuliyyət” (Zero liability) siyasətinin Azərbaycanda ilk dəfə tətbiqi də məhz ABB-yə məxsusdur.
Xatırladaq ki, ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.azinternet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki səhifəsindən əldə etmək olar.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]