
Azərbaycan Beynəlxalq Bankı möhtəşəm layihəyə imza atdı
Azərbaycan Beynəlxalq Bankı 22 İyul Milli Mətbuat Gününə özəl Korporativ Sosial Məsuliyyət layihəsini reallaşdırıb.
Aşağıdakı şəkillərdə gördüyünüz bu gənclər 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin məzunlarıdır.
Azərbaycan Beynəlxalq Bankının sifarişi əsasında jurnalistlərimiz üçün məhdud sayda hazırlanan və böyük maraqla qarşılanan rəmzi bayram hədiyyələrini məhz onlar düzəldiblər.
Hədiyyə, müasir kommunikasiyaların yaranması və inkişafı tarixini simvolizə edən, 150 il əvvəl Kristofer Şolts tərəfindən patentləşdirilmiş – dünyanın ilk çap maşınının modelidir.
Zaman, məkan və insanlar arasında kommunikasiyaların qurulmasında heç bir əngəl tanımayan milli mətbuatımıza həsr olunmuş əl işinə bu əməksevər gənclərimizin zəhməti daha bir mənəvi dəyər qatır.
“Layihəmizin reallaşmasına əmək sərf etmiş bu bacarıqlı əllərin sahiblərinə bankımız adından dərin təşəkkürümüzü bildiririk, dəyərli media nümayəndələrini isə qarşıdan gələn Milli Mətbuat günü münasibətilə təbrik edirik”,- Bankın məlumatında deyilir.
BƏNZƏR MƏQALƏLƏR
Kapital Bank Ordubad filialını da yenilədi
Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. 2019-ci ildən başlayaraq […]
Kapital Bank-la onlayn satışlar daha rahat və sərfəlidir
Cari ildə ölkədə xüsusi karantin rejiminin tətbiqi nəticəsində, müştərilərlə birbaşa təması minimuma endirmək məqsədilə bir […]
Xeyriyyəçiliklə məşğul olan “Qırmızı ürəklər”bayram ərəfəsində şəhid övladlarını sevindirdi
Məlumat verdiyimiz kimi, Kapital Bank-ın əməkdaşlarının təşəbbüsü ilə 1 il əvvəl yaradılan “Qırmızı ürəklər” (“RedHearts”) […]