Azərbaycan basketbol millisi Qəbələdəki turnirdə ikinci oyununu keçirib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan basketbol millisi Qəbələdəki turnirdə ikinci oyununu keçirib

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycanın 3×3 basketbol üzrə milli komandası Dünya Qadın Seriyasının Qəbələ mərhələsində növbəti oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, yığma A qrupundakı ikinci matçında Portuqaliya seçməsi ilə qarşılaşıb. Görüş rəqibin 21:13 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu matçda millimizin basketbolçusu Dina Ulyanova ciddi zədə alaraq meydanı tərk edib.

“Baku Fleyms” isə ikinci oyununda Polşanın “Varşava Lotto” klubuna uduzub.

Qeyd edək ki, Azərbaycan yığması qrupdakı ilk qarşılaşmada “Baku Fleyms” komandasına qalib gəlib.

İyunun 3-dək davam edəcək turnirdə 8 komanda qüvvəsini sınayır. A qrupunda Azərbaycan, Portuqaliya, “Baku Fleyms” və “Varşava Lotto”, B qrupunda isə Polşa, İtaliya, Rumıniya və “Barselona Panters” komandaları yer alıblar.

Qruplarında ilk pilləni tutan kollektivlər birbaşa yarımfinala yüksələcəklər II-III yerlərin sahibləri 1/4 finalda qarşılaşacaq və digər yarımfinalçıları müəyyənləşdirəcəklər.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top