Azərbaycan basketbol millisi ikinci oyununda da qalib gəlib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan basketbol millisi ikinci oyununda da qalib gəlib

Bakı, 8 iyun, AZƏRTAC

Azərbaycanın kişilərdən ibarət 3×3 basketbol yığması Avropa Kubokunun təsnifat mərhələsində ikinci oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, Kosovonun paytaxtı Priştina şəhərində təşkil olunan mərhələdə yığma bu dəfə ev sahibi komanda ilə qarşılaşıb. Görüş millimizin 14:10 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığma ilk görüşdə Ermənistana 21:9 hesabı ilə qalib gəlib.

Komandamız bu gün daha iki matç keçirəcək. Yığma Bakı vaxtı ilə saat 19:40-da Kiprlə, 23:45-də isə Albaniya ilə qarşılaşacaq.

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi isə ilk görüşündə bu gün Malta ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:50-də başlayacaq. Yığma saat 23:20-də isə Lüksemburqla münasibətlərinə aydınlıq gətirəcək.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top