MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Maliyyə Bazarlarına Nəzarət Palatası

Azərbaycan bankları Maliyyə Bazarlarına Nəzarət Palatasına bu il 9 mln. manat haqq ödəyəcək

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının bu il Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) ödəyəcəyi haqqın məbləği onların ötən ilin yekunundakı maliyyə göstəriciləri əsasında müəyyən ediləcək.

Bu barədə Palatanın Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov məlumat verib.

Xatırladaq ki, ötən gün qüvvəyə minmiş qaydalara görə, aktivlərinin həcmi 1 mlrd. manatdan çox olan banklar 800 min manat, aktivlərinin həcmi 500 mln. manatdan 1 mlrd. manata qədər olan banklar 500 min manat, aktivlərinin həcmi 500 mln. manata qədər olan banklar isə 300 min manat Palataya illik haqq ödəməlidir.

31 dekabr 2016-cı il tarixinə 32 yerli bankdan 5-nin aktivləri 1 mlrd. manatdan çox, 8-nin aktivləri 500 mln. manatdan 1 mlrd. manata qədər, 19-nun aktivləri isə 500 mln. manata qədərdir. Son nəticədə Azərbaycan bankları Palataya 13,7 mln. manat haqq ödəməlidir.

Kommersiya banklarıBank aktivlərinin həcmi,
mln. manat
(31.12.2016)
MBNP-yə ödəniləcək
illik haqq,
min manat
1Accessbank1 058,872800
2AFB Bank300,446300
3AGBank520,003500
4Amrahbank256,224300
5Atabank472,542300
6International Bank of Azerbaijan12 223,723800
7Azərbaycan Industry Bank787,179500
8Azer-Turk Bank469,550300
9Bank Eurasia143,417300
10Bank of Baku549,609500
11Bank BTB241,508300
12Bank Respublika912,117500
13Silkway Bank403,993300
14Bank VTB (Azerbaijan)435,563300
15Caspian Development Bank129,295300
16Demirbank538,829500
17Expressbank286,822300
18Gunaybank118,810300
19Xalg Bank1 668,621800
20Kapital Bank3 096,691800
21Bank Melli Iran-Baku80,468300
22Muganbank470,824300
23Naxchivanbank126,407300
24NBC Bank158,970300
25Nikoil Bank439,726300
26National Bank of Pakistan-Baku11,263300
27PASHA Bank3 149,516800
28Rabitabank522,288500
29Turanbank528,222500
30Unibank716,522500
31YapiKredi Bank Azerbaijan447,862300
32Ziraat Bank Azerbaijan132,196300
Cəmi31 398,08013 700

Bununla belə, R.Abbasov  bildirib ki, qaydalar 19 aprel 2017-ci ildən qüvvəyə mindiyi üçün banklar bu ilin qalan 8 ayının pulunu Palataya ödəyəcək. Bu isə təxminən 9,1 mln. manat təşkil edir.

Report.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top