“Azər-Türk Bank” innovativ xanımları mükafatlandırıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Azər-Türk Bank” innovativ xanımları mükafatlandırıb

“Azər-Türk Bank” ASC daha bir layihəyə sponsorluq edib.

Məlumata görə, ötən gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycanda informasiya texnologiyaları sahəsində qadınların əldə etdiyi uğurlara həsr olunmuş “AWITA 2017 – Azerbaijan Women in IT Award” adlı mükafatlandırma mərasimi keçirilib. Bu, texnologiya sahəsində mövcud olan gender bərabərsizliyi ilə mübarizə sahəsində ən böyük tədbir olub.

Sektordakı peşəkar nailiyyətləri və əhəmiyyətli nəticələri ilə seçilən xanımlar 15 nominasiya (“İlin Novatoru”, “İlin Proqramçısı”, “İT sahəsində ilin tələbəsi”, “Ucqar bölgədə İT sahəsinə verilən töhfə” və s.)  üzrə mükafatlandırılıblar. Azərbaycanın İT sahəsindəki ən nüfuzlu 100 liderinin toplaşdığı mərasimin fəal sponsorlarından biri də “Azər-Türk Bank” olub.

“Bu tədbirin sponsorları sırasında yer almağımızla, belə bir əhəmiyyətli hadisəyə dəstək verməyimizlə, onun gerçəkləşməsində iştirak etməklə dövlətimizin gender bərabərliyi siyasəti sahəsində nailiyyətlərinə kiçik tövhə verməyimizlə qürur duyuruq” – “Azər-Türk Bank”ın Strateji planlaşdırma və marketing Departamentinin direktoru Leyla Məmmədova bildirib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top