MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Azər Qismət

Azər Qismət: “Fermerlər aqrotexniki qaydalara düzgün əməl etmirlər”.

Azərbaycanın aqrar sektorunda zəif yerlərdən biri taxılçılıqdır. Doğrudan da necə olur ki, taxılçılıq üçün 1 milyon hektar torpaq ayrılır, amma nəticədə yenə də Qazaxıstan, Rusiya və Ukraynadan idxala 300 milyon manat xərcləyirik. Bunun əsas səbəbi fermerlərin aqrotexniki qaydalara düzgün əməl etməməsindədir. Digər önəmli məsələ torpaqların dincə qoyulmamasıdır. Bir sahəyə 10 il ərzində taxıl əkəndə nəticəsi belə də olur. Taxıl qədər torpağı gücdən salan ikinci bitki yoxdur. Növbəli əkin sisteminə əməl edilmir. Məsələn, taxıl əkilən sahəyə növbəti il pambıq, kişniş əkilən sahəyə növbəti il lobya əkiləndə məhsuldarlıq artır. Fermerlərimizin torpağa aqrotexniki qayda ilə yanaşmamasına dair bir misal çəkim. İsmayıllının İvanovka ləndində 1 hektar taxıl sahəsindən 40-45 sentner məhsul götürülür. Ona qonşu azərbaycanlılar yaşayan kənddə isə bu vəziyyət dözülməzdir, 1 hektardan 22 sentner məhsul alınır. İqlim eyni olduğu halda bunun belə alınması onu göstərir ki, torpağa münasibətimizi dəyişməli, bir az oxumalıyıq. Dədə-baba qaydası ilə əkin sistemi müasir innnovasiyalar sistemində kara gəlmir, qardaşım. Dəyiş torpağa münasibətini.

Azər Qismət

Economic.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top