Azər Əhədov: “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası” hazırlanıb”
“Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilmiş metodiki yardım və keçirilmiş təlimlərin nəticəsi olaraq hazırda 120-dən artıq dövlət qurumunda İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının tövsiyəsinə uyğun olaraq özünün daxili informasiya təhlükəsizliyi təlimatı hazırlanıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi general-mayor Azər Əhədov Bakıda keçirilən dövlət qurumlarının İT rəhbərlərinin II zirvə toplantısında deyib.
Onun sözlərinə görə, həmin təlimatlar təsdiq edilib:
“Dövlət qurumlarında internetdən təhlükəsiz istifadə olunması, informasiya təhlükəsizliyinin gücləndirilməsi, eləcə də əməkdaşların sahə üzrə məlumat və bilgilərinin artırılması məqsədilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası tərəfindən “İnformasiya təhlükəsizliyinin təmini üzrə Təlimat” layihəsi hazırlanaraq öz fəaliyyət istiqamətinə uyğun tətbiq olunması üçün dövlət qurumlarına göndərilib.
Bununla yanaşı, komissiya tərəfindən “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası” hazırlanıb.
İlhamə Əbülfət
BƏNZƏR MƏQALƏLƏR
-
“GTA 6” oyununun buraxılış tarixi məlum oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Take-Two Interactive” video oyun tərtibatçısı 2024-cü maliyyə ili […]
-
Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq niyyətində […]
-
Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Samsung” on il ərzində bazara təxminən üç milyard […]