MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Azer Badamov

Azər Badamov:“Qeyri neft sektorunun inkişafı iqtisadiyyatımızın daha da möhkəmlənməsi deməkdir”

“Yevlaxda keçirilən müşavirədə ölkə başçısı ilk olaraq yeni iqtisadi modelin əsas hədəflərini açıqladı. Bu hədəf ondan ibarətdir ki, iqtisadiyyatımızı ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirək. Yəni, müasir texnologiyalara və innovasiyalara əsaslanmış emal sahələri yaratmaqla dünya standartlarına uyğun məhsullar istehsal etmək mümkündür. Bu müşavirədə dövlət başçısı ixracın artırılması istiqamətində görüləcək işlər haqqında tövsiyyələr verdi. Bu istiqamətlər nədən ibarətdir? Xaricdə yerli məhsulların sərgilərinin təşkil edilməsi, onların ixrac potensialının təbliğ olunması, ticarət evlərinin yaradılması, xaricdə yerləşən diplomatik orqanlarımızda ticari nümayəndəliklərinin formalaşdırılması və məhsullarımızın “Made in Azerbaijan” brendi adı altında dünya bazarına çıxarılmasıdır”.

Bu sözləri przident  İlham Əliyevin rəhbərliyi altında aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçıları ilə müşavirədə toxunulan məsələləri şərh edərkən millət vəkili Azər Badamov deyib. Azər Badamov qeyd edib ki, bu istiqamətdə işləri təşkil etmək üçün ilk növbədə dünya standartlarına uyğun məhsulların istehsal olunduğunu təsdiqləyən labaratoriyaların ölkə daxilində formalaşması zəruridir. Məhsul dünya bazarına təqdim olunanda onun sertifikatı üzərində olmalıdır. Həmin sertifikat da dünya bazarında tanınmalıdır. Prezidentin sahibkarları yönəltmək istədiyi də bu istiqamətlərdir:

“Ölkə başçısı bu müşavirədə həmin tövsiyyə və istiqamətlərdən qaynaqlanan kadr hazırlığı məsələsinə də xüsusi diqqət ayırdı. Yəni, istehsal olunan məhsulları xaricdə tanıtmaq, sərgilərdə təbliğ etmək, dünya bazarlarına çatdırmaq üçün mütəxəsis lazımdır. Bu işləri apara biləcək marketinqlərə ehtiyacımız ola bilər. Prezident bu sahədə işlərin görülməsinə xüsusi diqqət yetirdi. Dövlət başçısı həmçinin qeyd etdi ki, ölkə daxilində yüksək keyfiyyət standartlarına uyğun məhsul istehsal olunsun. Bu məhsullar addexspo portalında yerləşdirilsin. Yəni yaradılan addexspo portalı dünya ticari sistemi üçün açıq olan bir məkandır. Artıq bu portal üzərindən satışlar həyata keçirilir. Dünya bazarında tələb olunan məhsulların çeşidləri müəyyənləşir. Bundan sonra Azərbaycanda istehsal olunan məhsulların çeşidlərini həmin portaldan öyrənib istiqamətlənmək olar”.

Millət vəkilinin sözlərinə görə, elə məhsullar var ki, Azərbaycan özünü 100 faiz təmin edir. Buraya kənd təsərrüfatı məhsullarının müəyyən bir hissəsi, inşaat məhsullarının müəyyən bir hissəsi daxildir. Həmçinin elə sahələr var ki, yerli istehsal hesabına özümüzü təmin etmə 100 faizdir:

“Hətta təminatdan əlavə istehsal olunan məhsullar xarici bazara çıxarılır. Bundan əvvəl biz ənənəvi bazarlarda ticari missiyaları həyata keçirirdik. Ölkə başçısı qeyd etdi ki, ənənəvi bazar çərçivəsindən çıxıb modern dünya bazarına çıxmaq lazımdır. Yəni, körfəz ölkələrinə, Asiya, Avropa, Amerika dövlətlərinin bazarlarına çıxışlar təmin olunmalıdır. Prezident həmin bazarlarda bizim məhsulların təbliğini vacib saydı. Son vaxtların nəticələri də göstərir ki, Azərbaycandan kifayət qədər məhsul ixrac olunur. Bunların arasında Çinə ixrac olunan çaxır, şərab və digər malların xüsusi çəkisi var. Hətta bununla bağlı adıçəkilən ölkə ilə müqavilə də imzalanıb. Eyni zamanda kənd təsərrüfatı və sənaye məhsullarının ixracı ilə əlaqədar olaraq kontraktlar bağlanıb. Düşünürəm ki, bu sahələrdə atılan ilk addımlarımızın yaxın gələcəkdə yüksək nəticəsini görəcəyik. Qeyri neft sektorunun inkişafı iqtisadiyyatımızın daha da möhkəmlənməsi deməkdir. Bu  sektorunun yüksək səviyyədə şaxələnməsi Azərbaycan iqtisadiyyatının daha da inkişafına gətirib çıxaracaq”.

Economic.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top