AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
İlkin mərhələdə aviadaşıyıcı həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və bazar günləri reyslər həyata keçirəcək. Aprel ayından etibarən isə AZAL həftədə doqquz dəfə uçuşlar yerinə yetirməyə başlayacaq.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
BƏNZƏR MƏQALƏLƏR
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]
-
AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Frankfurt-Maynda keçirilən nüfuzlu “Passenger Terminal Expo 2024” konfransında […]
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti (“Rosobrnadzor”) […]