
Azad Rəhimovun xatirə turnirinə start verilib
Mərhum gənclər və idman naziri Azad Rəhimovun xatirəsinə həsr olunmuş şahmat turnirinin açılış mərasimi keçirilib.
Məktəblilər arasında təşkil edilən turnirin açılışından əvvəl qurumun rəhbərliyi və kollektivi, eləcə də tədbir iştirakçıları II Fəxri Xiyabanda Azad Rəhimovun məzarını ziyarət ediblər.
Məzar önünə nazirlik adından əklil və gül dəstələri qoyulub. 132-134 saylı Təhsil Kompleksinin akt zalındakı açılış mərasimində əvvəlcə A.Rəhimov haqqında hazırlanmış qısa metrajlı film nümayiş olunub. Sonra kompleksin direktoru Sara Xanlarova, gənclər və idman naziri Fərid Qayıbov, təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Kompleksinin vitse-prezidenti Çingiz Hüseynzadə, Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Məktəb İdmanları Federasiyasının prezidenti Sevinc Hüseynova çıxış ediblər.
Yarış qonaqlarla ailə üzvlərinin ilk şahmat gedişi etməsi ilə start götürüb.
Rəsmi hissədən sonra vaxtilə təhsil aldığı bu məktəbdə A.Rəhimov üçün yaradılmış xatirə güşəsinə baxış keçirilib.
Qeyd edək ki, bu gün – Azad Rəhimovun doğum günündə startı verilən turnir 3 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində oktyabrın 15-dək davam edəcək. Klassik turnirdə 9 rayon və şəhərdən 16 yaşadək 100-dən çox məktəbli şahmatçı yarışacaq.
BƏNZƏR MƏQALƏLƏR
Sürücülərə XƏBƏRDARLIQ: Bu hala görə 800 manat cərimə oluna bilərsiniz – VİDEO
Bəzi sürücülər dayanma-durmanın qadağan edildiyi yerlərdə avtomobilin yük yerini açıq vəziyyətdə saxlayaraq park edirlər. Belə […]
Dövlət qurumlarında 80 milyon manat maliyyə pozuntusu aşkarlanıb
Ümumilikdə 2021-ci ildə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş maliyyə pozuntularının həcmi 80,1 milyon manat […]
Bu şəxslər məsuliyyətə cəlb edildi – DTX və MİDA-dan birgə məlumat
Kompüter sistemlərinə və məlumatlarına qanunsuz müdaxilə edən şəxslər məsuliyyətə cəlb edilmişlər Azərbaycan Respublikası Mənzil İnşaatı […]