MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

domen az

“Az” domeni ilə bağlı qərara dəyişiklik edildi

Economic.az xəbər verir ki, qərara aşağıdakı məzmunda 2.1.11-1-ci yarımbənd əlavə edilib:

 “2.1.11-1. domen adlarının milli inzibatçısı – “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxs.”.

3.1-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:

“az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texno-logiyalar Nazirliyi (bundan sonra – Nazirlik) ilə razılaşdırılmaqla, Milli inzibatçı tərəfindən müəyyən edilir.”.

4.2-ci bənddə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə (bundan sonra – Nazirlik)” sözləri “Nazirliklə” sözü ilə əvəz edilib.

“az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”na əlavənin 3-cü hissəsinin adında “Təkliflərin” sözü “Tərəflərin” sözü ilə əvəz edilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top